Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib
Noyabrın 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına üzv olan Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev, ölkəmizi Ankara şəhərində keçiriləcək Türk Dünyasının Mühəndislik üzrə Beynəlxalq Zirvə Konfransında təmsil edəcək nümayəndə heyəti ilə görüş keçirib.3Görüşdə Azərbaycan Texniki Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Bakı Mühəndislik Universitetinin professorları iştirak ediblər. Beynəlxalq Zirvə Konfransında ediləcək çıxışlar müzakirə olunub.2Qeyd edək ki, Türkiyə Mühəndislər Dərnəyi və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqının dəvəti ilə ATİAHİ Respublika Komitəsinin birgə əməkdaşlığı çərçivəsində 5-7 dekabr tarixlərində baş tutacaq konfransın əsas məqsədi Türk coğrafiyasındakı mühəndisləri ortaq platformda bir araya gətirərək təhsil sahəsində yeni perspektivlər açmaqdır.1Daha sonra Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev ölkəmizi təmsil edəcək alimlərə uğurlar arzulayıb.Araz Paşayev görüş zamanı 60 illik yubileyini qeyd edən Azərbaycan Texniki Universitetinin Kibertəhlükəsizlik kafedrasının müdiri, professor Yadigar İmamverdiyevi təbrik edib. Professor Respublika Komitəsi tərəfindən Fəxri Fərman və hədiyyə ilə təltif olunub.67
16.11.2024
Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqının təşəbbüsü ilə "Alimlərin Zəfər düşərgə"si təşkil edilib
8 Noyabr – Zəfər Günündə ilk dəfə olaraq Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqının (ATİAHİ) təşəbbüsü ilə Nabranda yerləşən "Təhsil İstirahət Mərkəzi"ndə Zəfər günüə həsr olunmuş "Alimlərin Zəfər düşərgə"si təşkil olunub.ATİAHİ-nin dəstəyi ilə təşkil olunan düşərgədə Elm və Təhsil Nazirliyinin 100 alim əməkdaş iştirak edib."Alimlərin Zəfər düşərgə"sinin rəsmi açılış mərasimində əvvəlcə Azərbaycan respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və tarixi Zəfəri Azərbaycana bəxş edən Vətən müharibəsinin qəhrəmanlarının əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Mərasimdə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin müavini Mirzə Cəfərzadə Azərbaycan torpaqlarının işğalına son qoyan Zəfər Gününün dördüncü ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edərək diqqətə çatdırıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik siyasəti və sərkərdəlik məharəti ilə Azərbaycan Ordusu cəmi 44 gün ərzində işğal altında olan torpaqları azad edib. Azərbaycan Ordusunun hər bir əsgəri bu mübarizədə sarsılmaz əzm və cəsarət nümayiş etdirib. Hər bir şəhidin adı, hər bir qazinin xatirəsi bizim üçün unudulmazdır, çünki onlar bu torpağın qürurunun, azadlığının daşıyıcılarıdır. M. Cəfərzadə 44 günlük Vətən müharibəsi zamanı 760 təhsil işçisinin düşmənə qarşı qəhrəmanlıqla vuruşduğunu, onlardan 20 nəfərin şəhid olduğunu düşərgə iştirakçılarının diqqətinə çatdırıb. Çıxışının sonunda Mirzə Cəfərzadə "Alimlərin Zəfər düşərgə"sinin səmərəli, rəngarəng keçəcəyinə əmin olduğunu bildirərək, iştirakçılara uğurlar arzulayıb.Çıxış edən Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Habil Qurbanov, Vətən müharibəsi iştirakçısı, Radiasiya Problemləri İnstitutunun əməkdaşı Samir Mustafayev və digər natiqlər düşərgənin təşkilinə görə Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqına təşəkkürlərini bildiriblər.Azərbaycan Təhsil İşçilari Azad Hamkarlar İttifaqı Respublika Komitəsinin sədrinin birinci müavini Tehranağa Abdullayev və sədr müavini Turanə Kərimova alimlərlə diskussiya şəklində fikir mübadiləsi aparıblar.Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramı ilə davam etdirilib."Alimlərin Zəfər düşərgə"sində Radiasiya Problemləri İnstitutunun Vətən müharibəsində mərdliklə döyüşmüş dörd əməkdaşı da iştirak edir.Qeyd edək ki, 8-13 noyabr tarixlərində alimlərimizə maraqlı proqramlar təlimlər, əyləncəli yarışlar keçiriləcək.12345678910
08.11.2024
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
Noyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Zəfər Günü münasibətilə tədbir keçirilib.AHİK-in “Abşeron” sanatoriyasında təşkil olunan bayram tədbirində Konfederasiyanın rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, həmçinin şəhid ailələrinin üzvləri, qazilər iştirak ediblər.Əvvəlcə tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş sözü ilə açan AHİK sədri Sahib Məmmədov Vətən müharibəsindən, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, əsgər və zabitlərimizin qəhrəmanlıqlarından söz açıb, parlaq Zəfərin əhəmiyyətindən danışıb. Bildirib ki, “Dəmir yumruq” əməliyyatında qəhrəman Ordumuz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 günə işğala son qoydu, Ermənistanın kapitulyasiya aktına imza atmaqdan başqa yolu qalmadı. Qeyd olunub ki, Ordumuzun keçdiyi 44 günlük döyüş yolunun hər bir səhifəsi əsl qəhrəmanlıq dastanıdır və əsgərlərimizin yüksək döyüş ruhu, vətənpərvərlik hissi, əzmkarlığı dillər əzbəridir. Onun sözlərinə görə, 2023-cü ildə bir günlük antiterror tədbiri Ordumuzun artan gücünü, qüdrətini bir daha nümayiş etdirdi və bütün ölkə ərazisində dövlətimizin suverenliyi tam təmin edildi.1-4.jpeg 230.87 KB123456789101112151615
07.11.2024
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib
Noyabrın 7-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Məclisinin onlayn formatda iclası keçirilib. Tədbirdə Məclis üzvləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul şəxsləri iştirak ediblər. Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərliyi ilə keçirilən iclasın gündəliyində duran bir sıra təşkilati məsələlər ətraflı müzakirə edilib.İclasda gündəlikdə duran hər bir məsələ ilə bağlı səsvermə yolu ilə qərarlar qəbul edilib.Keçirilmiş səsvermədə Tehranağa Abdullayev Respublika Komitəsi sədrinin birinci müavini, Turanə Kərimova sədr müavini vəzifələrinə seçiliblər.İclasın sonunda cari işlər və gələcək fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb, məclis üzvlərinin sualları dinlənilib və qarşıda duran vəzifələrin icrası ilə bağlı müvafiq tapşırıqlar verilib.Sonda Respublika Komitəsinin sədri Araz Paşayev yeni seçilən sədr müavinlərinə və Məclis üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.canli-yayim-2.jpg 111.85 KBcanli-yayim-3.jpg 119.08 KBcanli-yayim.jpg 123.71 KBcanli-yayim-4.jpg 148.74 KB
07.11.2024
Bizimlə əlaqə
+994 12 376 47 31
nizami@atiahi.org
Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119