Bakının Nizami rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li respublika internat məktəbi, 3 №-li Uşaq Gənclər İnkişaf Mərkəzi, Kimya-biologiya təmayüllü respublika liseyi, 328, 12, 210 və 109 nömrəli tam orta məktəblərdə 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər təşkil olunub.
ATİAHİ Nizami rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə rayonun təhsil müəssisələrində çalışan qadın müəllimlər iştirak ediblər.
Tədbirlərdə əsasən ölkəmizdə qadın hüquqlarının qorunması istiqamətində atılan addımlardan, gender bərabərliyindən, qadın hüquqlarının tənzimlənməsinə xidmət edən normativ sənədlərdən, ölkənin siyasi, sosial, iqtisadi və mədəni həyatında qadınların rolundan, onların cəmiyyətdə yeri və artan nüfuzundan danışılıb.
Keçirilən bütün tədbirlərdə iştirakçı qadın müəllimlərə və digər təhsil işçilərinə hədiyyələr verilib, qabaqcıl ittifaq üzvləri fəxri fərmanlarla təltif olunub.