Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin 28 May – Müstəqillik Günü münasibətilə təbriki
“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı 28 May – Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə səadət, xoş günlər və sevgi, Vətənimizə firavanlıq, rifah, sülh və tərəqqi diləyirəm.
Xalqımız 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratdı.

Bu Respublika az ömür yaşasa da, onun təfəkkürlərdə bərqərar etdiyi müstəqillik ideyası yaddaşlardan silinmədi. Üstündən 70 il keçəndən sonra – 1990-cı il noyabrın 17-də Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə ilk dəfə Naxçıvan parlamenti yenidən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı kimi təsdiq edərək Vətən göylərinə qaldırdı. 1991-ci il oktyabrın 18-də isə Azərbaycan xalqının qəlbinin dərinliyində qoruyub saxladığı müstəqillik arzusu yenidən reallaşdı. Bu gün müstəqil Azərbaycan tarixinin ən inkişaf etmiş şanlı dövrünü yaşayır, müdrik xalqımızın xoşbəxt həyatı təmin olunub.Xalqımız öz dövlətinin və onun başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək daha böyük və parlaq gələcəyə doğru inamla irəliləməkdədir. İnanırıq ki, birliyimiz sayəsində müstəqilliyimiz əbədi olacaq, dövlətimiz daha da güclənəcək.
Mən bir daha möhtərəm Prezidentimiz cənab İlham Əliyev başda olmaqla Qalib Azərbaycanın Qalib vətəndaşlarını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bayramınız mübarək olsun”.

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo