ATİAHİ Nizami rayon komitəsinin sədri Sübut Əsədov 27 sentyabr - Anım günündə ictimaiyyət nümayəndələri ilə birgə rayon ərazisində ucaldılan Vətən müharibəsi şəhidlərinin abidəsini ziyarət edib. Abidə önünə güllər düzülüb, şəhidlərimizin əziz xatirəsinə ehtiram göstərilib, ruhlarına dualar oxunub. Tədbirdə Vətən müharibəsində əsgər və zabitlərimizin qəhrəmanlığından, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən söz açılıb.