ATİAHİ Nizami rayon komitəsi üzvlərinin istirahətlərinin mənalı təşkili, asudə vaxtlarının səmərəli keçirilməsini hər zaman diqqətdə saxlayır, müxtəlif layihələr həyata keçirir.
Bu dəfə də rayon komitəsi Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilən "Leyli və Məcnun" operasına 267 bilet alıb üzvlərinə paylayıb. Teatr başlamazdan əvvəl Nizami rayon komitəsinin sədri Sübut Əsədov çıxış edərək həmkarlar ittifaqlarının əmək adamlarına göstərdiyi diqqət və qayğıdan bəhs edib. Bildirib ki, bundan sonra da rayon komitəsi üzvlərinin əmək hüqlarının qorunması, istirahətlərinin təşkili üçün səylə çalışacaq. Nümayiş etdirilən tamaşa iştirakçıların böyük marağına səbəb olub və alqışlanıb.
Tamaşaçılar onların istirahəti üçün yaradılmış şəraitdən razılıq edib və təşkilatçılara minnətdarlıqlarını bildiriblər.