Həmkarlar ittifaqı üzvləri
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında həmkarlar ittifaqı üzvləri üçün "Qarabağnamə" tamaşası nümayiş edilib. ATİAHİ Nizami rayon komitəsinin təşkilatçılığı ilə 300 nəfərdən artıq həmkarlar ittifaqı üzvü tamaşanı izləyib. Qeyd edək ki, səhnə əsəri XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Tamaşa iştirakçıları yaradılan şəraitə görə ATİAHİ Nizami rayon komitəsinə öz təşəkkürlərini bildiriblər. 

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo