Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə kollektiv müqavilə imzalanıb

Şəki-Zaqatala Regional Təhsil İdarəsi ilə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) Şəki şəhəri, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayon komitələri ilə 2023-2025-ci illər üzrə Kollektiv Müqavilə imzalanıb.
Müqaviləyə Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və komitə sədrləri imza atıblar. Mərasimdə çıxış edən Bəhruz Mehdiyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının həyata keçirdiyi tədbirləri, bütövlükdə bu təşkilatın gördüyü işləri yüksək qiymətləndirib, işlərində uğurlar arzulayıb.
Tədbirdə Kollektiv Müqavilənin müddəaları müzakirə olunub, təhsil işçilərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni maraqlarının müdafiəsi, habelə əməyin mühafizəsinin təşkili sahəsində Kollektiv Müqavilənin əhəmiyyəti vurğulanıb.

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo