Nizami rayon məktəbində Müstəqillik Günü qeyd edilib

ATİAHİ Nizami rayon komitəsinin təşkilatçılığı ilə Eldar Quliyev adına 145 №-li məktəbdə 28 May - Müstəqillik Günü ilə əlaqədar bayram süfrəsi açılıb və tədbir keçirilib.
Tədbirdə məktəbin rəhbərliyi və kollektivi iştirak edib. Təhsil müəssisənin həmkarlar ittifaqı sədri Firuzə Mollaquliyeva çıxış edərək Azərbaycan xalqının milli azadlıq mübarizəsindən, Azərbaycan Demokratik Cümhuriyyətinin yaranmasından, dövlət quruculuğu istiqamətində gördüyi işlərdən, o cümlədən ilk parlamentin yaradılmasından, demokratik islahatlardan, ordu quruculuğundan danışıb.
Digər çıxış edənlər müstəqil dövlətin yaradılmasının əhəmiyyətindən, xalqımızın sonrakı taleyində rolundan, 1991-ci ildə müstəqilliyin bərpasından, Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizi qorumaq və əbədi etmək üçün atdığı addımlardan danışıblar.
Tədbir bayram süfrəsi arxasında davam edib.

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo