AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Konstitusiya Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə dövlətimizin rəhbəri cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı öz adımdan, həmçinin rəhbərlik etdiyim həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından təbrik edirəm. Bu əlamətdar gündə hər birinizə cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram.

Demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratmış, insan hüquqlarının aliliyini müəyyənləşdirən, milli birlik və vətəndaş həmrəyliyi prinsipini tərənnüm edən Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirəm.

Bir daha bayramınız mübarək olsun!

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo