Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin onlayn formada növbədənkənar konfransı keçirilib
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin onlayn formada növbədənkənar konfransı keçirilib. Konfransda ATİAHİ Respublika Komitəsini sədrinin birinci müavini Hümbət Nağıyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil edib. Konfransa Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Luka Visentini, Beynəlxalq Təhsil Birliyinin Baş Katibi David Edvards, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti Larri Flanaqan, Təhsil üzrə Avropa Həmkarlar Ittifaqı Komitəsinin Direktoru Susan Floken, Avropa Komissiyasının Təhsil, Gənclər, İdman və Mədəniyyət məsələləri üzrə Baş Direktoru Temis Kristofidou və üzv təşkilatlardan iki yüzə yaxın nümayəndə qoşulub.
Bizimlə əlaqə
+994 12 376 47 31
nizami@atiahi.org
Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119