ATİAHİ Respublika Komitəsinin nümayəndə heyəti Türk Egitim-Senin növbəti Qurultayında iştirak edib
26-27 fevral tarixlərində Türkiyə Cumhuriyyətinin Ankara şəhərində Türk Egitim-Senin 7-ci qrultayı keçirilmişdir. 350 nümayəndənin iştirak etdiyi Qurultayda Türkiyə Cuçhuriyyəti hökumət və partiya mənsubları iştirak etmişdir. Türkiyə müxtəlif içtimai təşkilatlarının nümayəndələrinin də iştirakçısı olduğu Qurultayın açılışında Xocalı faciəsinin 30-cu il dönümü Azərbaycan bayrağı dalğandıralaraq bir dəqiqəlik sükutla anımışdır. Qrultayda təşkilatımızı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov təmsil etmişdir. 

Qeyd edək ki, Türk Egitim-Sen 1992-ci ildə yaradılmış və 250 min ittifaq üzvünü özündə burləşdirir. Türk Egitim-Sen yarım milyondan artıq ittifaq üzvünü özündə birləşdirən Türkiyə Kamu-Senə daxil olan 11 sahə həmkarlar ittifaqı içərisində ən böyüyüdür. 

Qurultayın aşılışında Türk Egitim-Senin sedri Talip Geylan, Türkiyə Kamu-Senin sədri Önder Kahveçi, MHP sədr müavi Yaşar Yildirim və digərləri çıxış ediblər. Çıxış edənlər öz nitqlərində Xocalı faciəsinin 30-cu ildönümünə də bir daha toxunaraq “Xocalıya ədalət” çağırışı ilə dünyaya səslənmişlər. 

Tədbirdə həmçinin ATİAHİ Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə çıxış edib. Qurultay iştirakçılarını AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından salamlayan M.Cəfərzadə qeyd edib ki, ötən illər ərzində Türk Eğitim-Sen və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı ikitərəfli əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmişdir. Bundan sonra da iki təşkilat arasında əlaqələrin daha da inkişaf edəcəyindən əminlik ifadə edən sədr müavini Azərbaycan və Türkiyə dövlətləri arasındakı qardaşlıq əlaqələrindən danışıb. O, Azərbaycanın 44 günlük vətən savaşını xatırladaraq bildirib ki, işğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstək təmənnasız qardaşlığın təntənəsi idi: “Vətən müharibəsi dövründə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Bu haqq davasında Türkiyə başda olmaqla bizə köməklik  göstərən bütün türk dilli ölkələrə təşəkkürümüzü bildiririk.

İki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi tarixi hadisədir. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə - siyasi, iqtisadi, ideoloji, humanitar və digər sahələrdə davamlı inkişafını təmin edir. Eyni zamanda, Bəyannamə müttəfiqliyin geostrateji əhəmiyyətini artırır. Respublikalarımızın üzləşdiyi bir çox problemlər var ki, biz bu məsələlərdə bir olmalıyıq”.

Qeyd edək ki, Qurultayda Talip Geylan növbəti dəfə Türk Egitim-Senin başqanı seçilib. 

 

Bizimlə əlaqə

+994 12 376 47 31

nizami@atiahi.org

Azərbaycan Respublikası Bakı şəhəri Nizami rayonu Bəhruz Nuriyev küçəsi, 160 (Etibar Cəlilov adına 272 saylı tam orta məktəbin korpusunda), poçt az1119

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo