ATİAHİ Nizami rayon komitəsi ittifaq üzvlərinin asudə vaxtının səmərəli və mənalı keçirilməsini hər zaman diqqətdə saxlayır.
Ənənənin davam etdirən rayon komitəsi 28 May - Müstəqillik Günü ittifaq üzvlərinin Gənc Tamaşaçılar Teatrında nümayiş etdirilən "Balaca kişilər" tamaşasını izləməsini təşkil edib. Tamaşaya baxan ittifaq üzvləri arasında şəhid ailələri, qazilər, müharibə veteranları da yer alıb.
Maraqla izlənilən səhnə əsəri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Sonda tamaşanın aktyorları Nizami rayon komitəsi tərəfindən fəxri fərmanla təltif olunublar.